Ceyhun Bayramov Abdulla Şahidlə görüşdü

Ceyhun Bayramov Abdulla Şahidlə görüşdü

Bakıda xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda rəsmi səfərdə olan BMT Baş Assambleyasının prezidenti Abdulla Şahid arasında görüş keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində məlumat verilib.

Bildirilib ki, onlar arasında geniş tərkibli görüş də keçirilib.

Xatırladaq ki, BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid Azərbaycanın xarici işlər nazirinin dəvəti ilə iyunun 12-dən 13-dək Azərbaycanda rəsmi səfərdədir.

Teqlər: