Ceyhandan neftin tədarükü bərpa olundu

Ceyhandan neftin tədarükü bərpa olundu

Türkiyə dünən axşamdan etibarən Ceyhan terminalından neft tədarükünü bərpa edib.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, gecə saatlarından neftin gəmilərə vurulmasına başlanılıb.

BP şirkətinin Bakıdakı nümayəndəliyindən isə bildirilib ki, limanın Bakı-Tiflis-Ceyhan boru kəməri ilə neft tədarük edən hissəsindən ixrac hələ də bərpa olunmayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Ceyhan limanından neftin ixracı dayandırılmışdı.

Teqlər: