Xəbər - Ləman Zeynalova – Trend:
Türkiyənin “BOTAŞ International Limited” (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,636 milyard barel neft nəql edib.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
Bugünədək terminaldan “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft daşıyan 4 748 tanker yola salınıb.
2021-ci ilin birinci rübündə Ceyhan neft terminalından 89 AÇG nefti daşıyan tanker və ya 65,1 milyon barel neft yola salınıb.
(Tərcümə: Orxan Nəbiyev)