Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:
Türkiyənin “BOTAŞ International Limited” (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,611 milyard barel neft nəql edib.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
Bu günədək terminaldan “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft daşıyan 4 714 tanker yola salınıb.
2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 55 AÇG nefti daşıyan tanker və ya 40,1 milyon barel neft yola salınıb.