Çexiyanın yeni XİN rəhbəri Yakub Kulqanek təyin edilib

Çexiya prezidenti Miloş Zeman 36 yaşlı sosial-demokrat Yakub Kulqaneki ölkənin xarici işlər naziri təyin edib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu mərasim zamanı Çexiya prezidenti administrasiyasının protokol şöbəsinin müdiri deyib.

Bildirilir ki, Y.Kulqanek XİN rəhbəri vəzifəsində 10 gün əvvəl istefaya göndərilən Tomaş Petrşiçeki əvəzləyib.


Qeyd edək ki, 36 yaşlı yeni nazir 2018-ci ilin yayından daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.