Çexiyanın xarici işlər naziri Azərbaycana gəlir

Çexiyanın xarici işlər naziri Yakub Kulqanek biznes nümayəndə heyəti ilə birgə sentyabrın 29-dan oktyabrın 1-dək Azərbaycana və Ermənistana səfər edəcək.

Trend bu barədə Çexiyanın Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, nazir Bakıda Çexiya-Azərbaycan biznes forumunun açılışında iştirak edəcək. Səfər zamanı, həmçinin eneji sahəsində əməkdaşlıq barədə sazişin imzalanması gözlənilir.

Biznes forumda Çexiya şirkətlərinin infrastruktur layihələrində və ticarət tenderlərdə iştirakı məsələləri müzakirə olunacaq.

Teqlər: