Çexiyanın sabiq Prezidenti Vatslav Klaus koronavirusdan sağalıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, fevralın 23-ü koronavirusa yoluxan sabiq prezident hazırda özünü tam sağlam hiss edir.
Bildirilir ki, iyunun 19-da 80 yaşı tamam olacaq Vatslav Klaus koronavirusa qarşı kollektiv immunitetin yaranmasına nail olmaq lazım olduğuna inanır və tibbi maskalardan istifadə etməyi rədd edir. İctimai tədbirlərdə tibbi maskalardan istifadə etmədiyinə görə sabiq prezident iki dəfə cərimələnib. V.Klaus həmçinin vaksinasiyanı da rədd edir.
Qeyd edək ki, Vatslav Klaus 2003-2013-cü illərdə Çexiyanın Prezidenti olub.