Çexiyanın maliyyə naziri koronavirusa yoluxub

Çexiyanın maliyyə naziri Zbınek Stanyura koronavirusa
yoluxub.

Trend-in
məlumatına görə, bu barədə ölkənin baş naziri Petr Fiala
bildirib.

O qeyd edib ki, hazırda maliyyə naziri özünütəcrid rejimində
işini davam etdirir.

Xatırladaq ki, P.Fiala özü 10 gün əvvəl koronavirusa
yoluxmuşdu.