Çexiyanın Fransadakı səfirliyi yandı

Çexiyanın Fransadakı səfirliyi yandı

Çexiyanın Parisdəki səfirliyində yanğın baş verib, bütün işçilər təxliyə edilib, binanın bir hissəsi müvəqqəti olaraq fəaliyyət göstərmir.

AzerTimes xəbər verir ki, bu barədə CT24 telekanalı məlumat yayıb.

Çexiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Daniel Dreyk telekanala açıqlamasında yanğının baş verdiyini təsdiqləyib.

Dreyk iki işçi dəm qazından zəhərləndiyini və hadisə yerində onlara tibbi yardım göstərildiyini bildirib.

Teqlər: