Çex Respublikasının baş naziri vəzifəsini icra edən Andrey Babiş cümə axşamı polisin ona qarşı sui-qəsdin qarşısını aldığını bildirib.
Trend xəbər verir ki, bu barədə Babiş öz Facebook səhifəsində bildirib. Onun sözlərinə görə, su-qəsd cəhdi hökumətin bir həftə əvvəl ölkədə koronavirusla əlaqədar sosial məhdudiyyətləri sərtləşdirmək və 30 günlük fövqəladə rejim tətbiq etmək qərarı ilə əlaqəli olub.
“Sərt epidemioloji təhlükəsizlik tədbirlərinin əleyhinə olan şəxs hökumət binasına gələrək mənə hücum etmək istədi. Onun əlində xəncər və tapança var idi. Polis onu binanın girişində zərərsizləşdirdi”, – deyə Andrey Babiş bildirib.
Qeyd edək ki, siyasətçi və onun ailəsinin ünvanına dah əvvəl də ölkədə sosial məhdudiyyətlərə görə fiziki zorakılıq hədələri olub. Hazırda əhalisi 10 milyondan artıq olan Çexiya yeni koronavirusa yoluxma hallarının sayına görə Avropa İttifaqında ilk yerlərdən birini tutur.