Xəbər - Orxan Nəbiyev – Trend:
Avropada insanların və yüklərin sərbəst hərəkəti barədə Şengen sazişini Bolqarıstan, Rumıniya, Xorvatiya və Serbiyanın hesabına artırmaq lazımdır.
Trend-in məlumatına görə, bunu Çexiyanın baş naziri Andrey Babiş deyib
Nazir əlavə edib ki, Avropanı qanunsuz miqrant axınından müdafiə emək lazımdır:
“2015-ci ildə ilk miqrant böhranı zamanı Şengen zonası öz səmərəsizliyini nümayiş etdirdi. Avropa İttifaqı Əfqanıstandan mümkün miqrant dalğasının yaranması ilə bağlı Türkiyə ilə danışıqlar aparmalıdır. Türkiyə onları öz ərazisində yerləşdirə, Aİ isə bunun müqabilində pul ödəyə bilər”.