Çexiya Respublikasının cənub-şərqində ən azı yeddi yaşayış məntəqəsi tornado nəticəsində qismən dağıdılıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə televiziyası məlumat verib.
Məlumata əsasən, təbii fəlakət nəticəsində ölənlər var, lakin onların sayı dəqiqləşdirilməyib. 150 nəfərin xəsarət aldığı bildirilir.