Çexiyada Azərbaycan vətəndaşı polisdən qaçarkən qəzaya düşüb.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, Praqa polisinin qayda pozuntularına yol verən sürücülərə qarşı keçirdiyi reyd zamanı istifadəsi qadağan olan qara “plyonka”lı “Porşe” markalı avtomobili saxlayıblar.
Yoxlama zamanı məlum olub ki, sürücünün Şengen zonasına girişi qadağandır, o, arzuolunmaz şəxslər siyahısındadır. Beləcə həmən şəxsin qeyri-qanuni olaraq Çexiyada yaşadığı ortaya çıxıb. Bu zaman o, avtomobilin sürətini artıraraq ərazidən qaçmaq istəsə də, polisin təqib etdiyi avtomobil yaxınlıqdakı dirəyə çırpılıb. Xəsarət alan sürücünün polisin nəzarəti altında xəstəxanaya çatdırıldığı bildirilir.
Şəxsin kimliyi barədə Praqa polisi hələlik heç bir məlumat verməyib.