Xəbər - Orxan Nəbiyev – Trend:
Çexiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar martın 1-dən etibarən ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edir.
AzerTimes-ın məlumatına görə, növbəti 3 həftə müddətində sakinlərə yaşadıqları rayonun hüdudlarını tərk etmək qadağan olunacaq.
Bu qadağa yalnız işlə bağlı səfərlərə və tibbi məqsədlərlə gediş-gəlişə şamil olunmayacaq. Eyni zamanda ölkədə pandemiya ilə bağlı fövqəladə vəziyyət rejiminin müddəti martın 28-dək uzadılıb.
Qeyd edək ki, Çexiyada bu günədək 1,2 milyondan çox şəxs koronavirusa yoluxub, 20 minə yaxın xəstə ölüb. Son iki həftədə ölkədə 133 mindən çox yoluxma qeydə alınıb.