Çexiyanın “Libava” hərbi poliqonunda döyüş sursatı partlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Çexiya ordusunun mətbuat xidməti məlumat yayıb.
“Hazırda biz bununla məşğuluq. Təəssüf ki, hadisə zamanı 9 hərbçi yaralanıb”, – açıqlamada bildirilib.
Qeyd olunur ki, hazırda insident hərbi polis tərəfindən araşdırılır.
Hadisə yerinə xilasedici helikopter göndərilib.