Ölkədə koronavirus səbəbiylə tətbiq edilən fövqəladə vəziyyətin bu gündən etibarən iki həftə uzadıldığını elan edən Çexiya hökuməti, tezliklə bu rejimin 28 fevral tarixindən sonra da uzadılması təklifi ilə parlamentin alt palatasına müraciət edəcək.
AzerTimes-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu respublikanın baş naziri Andrey Babiş jurnalistlərə bildirib.
Baş nazir koronavirusun “Britaniya ştammı”nın respublikada sürətlə yayıldığını və qonşu ölkələrdə daha aqressiv olan ilk dəfə Cənubi Afrika və Braziliyada aşkarlanan yeni ştammların qeydə alındığını vurğulayıb.
Bununla birgə, bu gündən etibarən respublikanın dövlət qurumları əhali qəbulunun iş saatlarını bərpa edəcəklər. Hökumət növbəti iclasında 1 mart tarixindən etibarən buraxılış siniflər şagirdləri və universitet aspirantlarına standart təhsil rejiminə qayıtmaq imkanlarını nəzərdən keçirəcək.