Çexiyada elektrik və qaz qiymətləri kəskin bahalaşıb

Çexiyada elektrik və qaz qiymətləri kəskin bahalaşıb.

Trend xəbər verir ki, bu barədə yerli “Lidovky” nəşri yazır.

Qeyd olunur ki, bu il təchizatçılar enerji daşıyıcılarına görə
2021-ci ildə ödədiklərinin üç qatını ödəməlidirlər. Hazırda gələn
il çatdırılma şərti ilə bir meqavat-saat elektrik enerjisi 194
avroya, 2024-cü il üçün 141 avroya, 2025-ci il üçün isə 120 avroya
başa gəlir. Əvvəl bir meqavat-saatın qiyməti 30-50 avro civarında
dəyişirdi.

Qaz qiymətlərində artım daha çox özünü biruzə verir. Belə ki,
gələn il üçün tədarük 93 avroya, 2024-cü il üçün isə 69 avro
civarında dəyişir.

Teqlər: