Çexiyada 30 min insan yoxsulluğa qarşı mitinq keçirir

Çexiyada 30 min insan yoxsulluğa qarşı mitinq keçirir

Çexiyanın paytaxtı Praqanın mərkəzindəki Vatslav meydanında “Çexiya yoxsulluğa qarşı” şüarı altında mitinq keçirilib.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, mitinqə toplaşan 30 mindən çox fəal enerji böhranı və qiymətlərin bahalaşması fonunda mövcud hakimiyyətin siyasətinə, sadə vətəndaşların maddi vəziyyətinin pisləşməsinə etiraz edirlər.

Etirazçıların mitinqdə Çexiyanın dövlət bayraqları dalğalandırılır. Bəzilərinin əlində Ukrayna bayraqları da var. Yazılı plakatlarda “Müharibəyə yox!”, “Sülhə şans ver!” kimi şüarlar da görmək mümkündür.

Teqlər: