Rusiya xarici işlər naziri Sergey Lavrov təlxəkdir.
AzerTimes xəbər verir ki, bunu Çexiya xarici işlər naziri Yan Lipavski Tvitter səhifəsində yazıb.
“Təlxək Lavrovun Çexiya Prezidenti Pyotr Pavellə bağlı açıqlamaları sadəcə gülüncdür. Rusiya terrorçu dövlətdir və onun rəhbərliyi beynəlxalq tribunal qarşısına çıxarılmalıdır”, – Lipavski bildirib.
Qeyd edək ki, Çexiya Prezidenti Pyotr Pavel “Politiko” nəşrinə müsahibəsində bildirmişdi ki, Rusiya və Ukrayna arasında sülhün bərqərar olmasında Çinə vasitəçi kimi etibar etmək olmaz, çünki müharibəni davam etdirmək Pekinin maraqlarına uyğundur.
Rusiya xarici işlər naziri Sergey Lavrov da bunu normal siyasətçiyə heç bir aidiyyəti olmayan bəyanat adlandırmışdı.