Çexiya: Ukraynaya vəd verdik, əməl etmədik

Çexiya: Ukraynaya vəd verdik, əməl etmədik

Ukrayna Avropadan silah təchizatının olmaması səbəbindən hərbi cəhətdən çətinliklərlə üzləşəcək.

AzerTimes xəbər verir ki, bunu Çexiya Prezidenti Pyotr Pavel deyib.

“Ukraynanın bu il böyük əks-hücum üçün yeganə fürsəti var idi. Əks-hücumlar baha başa gəlir, mürəkkəbdir və vaxt aparır, ona görə də ildə iki-üç dəfə əks-hücum təşkil etmək mümkün deyil. Bu qış çox çətin olacaq, çünki Ukraynanın əksər infrastrukturu dağıdılıb. Ukraynanı dəstəkləyən ölkələrdə qeyri-müəyyənlik artır. Bütün bunlar hərbi əməliyyatların davam etdirilməsinə kömək etmir”, – Pavel bildirib.

Onun sözlərinə görə, silah yardımları Ukraynaya aktiv hərbi əməliyyatlar aparmağa imkan vermir:

“Artilleriya üçün mərmi tədarükü ilə bağlı vədlərimizə əməl etmədik, F-16 üçün pilotların hazırlığı lazımi tempdə getmir. Bütün bunlar qeyri-müəyyənlik yaradır ki, bu da hərbi kampaniyanın planlaşdırılması üçün əlverişli deyil”.

Teqlər: