Xəbər - Orxan Nəbiyev – Trend:
Çexiya prezidenti Miloş Zeman 46 gündür müalicə olunduğu Praqa mərkəzi hərbi hospitalından buraxılıb.
Trend-in məlumatına görə, prezident xəstəxanadan çıxdıqdan sonra şəhərkənarı prezident iqamətgahına yollanıb.
M.Zemanın orada Çexiya Demokrat Partiyasının rəhbəri Petr Fialanın baş nazir təyin olunması mərasimində iştirak edəcəyi planlaşdırılır.
Qeyd edək ki, 77 yaşlı Miloş Zeman oktyabrın 10-da xəstəxanaya yerləşdirilmişdi. Ona qaraciyər sirrozu diaqnozu qoyulmuşdu.