Çexiya prezidenti Miloş Zeman Ukrayna hadisələri fonunda
yaranmış vəziyyətdə Çexiyanın kömürdən tələsik imtina etməsini
yersiz hesab edir.
AzerTimes-ın
məlumatına görə, bu barədə Çexiya prezidenti “CNN Prima news”
telekanalının efirində deyib.
“Bu prosesi daha uzun müddətə uzatmaq yaxşı olardı. Bu halda
söhbət təkcə kömürdən yox, həm də istilik elektrik stansiyalarından
gedir. [Əhalinin] istiliklə təminatı əsas məsələdir”, – deyə
M.Zeman bildirib.