Çexiya baş naziri Petr Fiala bu gün Polşa və sloveniyalı
həmkarları ilə birgə Kiyevə səfər edəcəyini açıqlayıb.
Trend-in
məlumatına görə, nazir bu barədə öz “Twitter” səhifəsində
yazıb.
“Bu gün Polşanın baş naziri Mateuş Moravetski, baş nazirin
müavini Yaroslav Kaçinski və Sloveniya baş naziri Yanez Yanşa ilə
birgə Avropa Şurasının təmsilçiləri qismində Kiyevə səfər edəcəyik.
Səfər çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski və baş
nazir Denis Şmıqal ilə görüşəcəyik”, – baş nazir yazıb.