Çexiya prezidenti Petr Pavelin cangüdəni həmkarlarının təqiblərinə görə intihar edib.
AzerTimes xarici mediaya istinadən xəbər verir ki, əvvəllər cangüdən həmkarlarının ona qarşı pis münasibətindən dəfələrlə şikayət edib. Mühafizəçinin adı çəkilməsə də, onun 36 yaşında olduğu bildirilir.
Qeyd edək ki, hüquq-mühafizə orqanları və Prezident Administrasiyası hadisə ilə bağlı şərh verməkdən imtina edib.