Çexiya xarici işlər nazirinin müavini Yan Marianla görüşdüm.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, görüşdə ikitərəfli münasibətlərin davamlı inkişaf dinamikasını, Ermənistan ətrafında təhlükəsizlik vəziyyəti və Ermənistan-Çexiya əməkdaşlığı müzakirə edilib.
“Çexiya tərəfi Ermənistanı bir sıra sahələrdə dəstəkləməyə hazır olduğunu bildirib”, – Qriqoryan qeyd edib.