Çexiyanın Baş naziri Andrey Babiş parlamentdə təmsil olunan tərəfləri ölkənin Təhlükəsizlik və İnformasiya Xidmətinin (əkskəşfiyyat) direktoru Mixal Koudelkanın səlahiyyət müddətinin beş il uzadılması məsələsinə münasibət bildirməyə dəvət edib.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə hökumət başçısı prezident Miloş Zeman ilə görüşdən sonra jurnalistlərə bildirib.
Qeyd edilir ki, əks kəşfiyyat direktorunun səlahiyyətlərinin müddəti avqustun 15-də başa çatır. Baş nazir sorğusunu Çexiya Parlamentinin deputatlar palatasının (aşağı palata) təhlükəsizlik məsələləri üzrə xüsusi komitə üzvlərinə ünvanlayıb.