Çexiya hakimiyyəti avqustun 23-dən etibarən koronavirusa yoluxma riski yüksək olan ölkələr siyahısından bir neçəsini çıxarmaq qərarına gəldi.
AzerTimes-ın məlumatına görə, bu barədə Çexiyanın səhiyyə naziri Adam Voytex məlumat verib.
O qeyd edib: “23 avqustdan etibarən Rusiya, Tunis, Hindistan və digər ölkələr koronavirusa yoluxma riski yüksək olan ölkələr siyahısından çıxarılıblar. Braziliya, Kolumbiya, Mozambik, Nepal, Paraqvay, Peru və Tanzaniya siyahıya daxil edilirlər”.