Mayın 15-dən etibarən Çexiya Aİ-də qeydiyyatdan keçmiş dərmanlarla koronavirus əleyhinə aşılamanın tam mərhələlərini keçmiş ittifaq ölkələrindən gələn turistlər üçün sərhədlərini açmağı planlaşdırır.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Çex Respublikasının Baş naziri Andrey Babiş deyib.
Bildirilir ki, respublika sakinləri eyni şərtlərlə Aİ ölkələrinə səfər edə bilərlər.
Hazırda ölkəyə gəldikdə səfərdən qabaq və Çexiyaya girişdən sonra evdə təcrid rejimində olarkən koronavirusa dair testin mənfi nəticələri tələb olunur. Turizm məqsədilə səyahət etmək qadağandır.