Çətin günlərdə də Türkiyənin yanındayıq – Nazir

Çətin günlərdə də Türkiyənin yanındayıq – Nazir

Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır.

AzerTimes xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tvitter hesabında yazıb.

“Bu gün qardaş Türkiyədə böyük insan tələfatı ilə nəticələnən zəlzələ xəbəri bizi dərindən sarsıtdı. Bu dəhşətli zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır”, – C.Bayramov qeyd edib.

Teqlər: