Cessika Çesteyn “Ən yaxşı aktrisa” nominasiyasında “Oskar”a layiq görülüb

Amerikalı aktrisa Cessika Çesteyn “Temmi Feyin gözləri” filminə
görə ən yaxşı aktrisa nominasiyasında “Oskar” mükafatına layiq
görülüb.

Trend xəbər verir ki, film televiziya ulduzu Temi Fey Bekerin
real həyat hekayəsindən bəhs edir. Bu film daha əvvəl aktrisaya ABŞ
aktyorları Gildiyasının Mükafatını qazandırmışdır.

Bu Cessika Çesteynin üçüncü “Oskar” nominasiyasıdır. Daha əvvəl
o, “Qulluqçu” və “Bir nömrəli hədəf” filmlərindəki rollarına görə
adıçəkilən mükafata namizəd olmuşdur. İkinci film aktrisaya Qızıl
Qlobus qazandırmışdır.

Ən yaxşı aktrisa nominasiyasında “Oskar” uğrunda həmçinin
Oliviya Kolman, Nikol Kidman, Kristin Stüart və Penelopa Kruz
mübarizə aparıb.