Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi,
t.f.d., ümumi cərrah Namiq Novruzov 23-27 mart 2022-ci il
tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən XXII Beynəlxalq
Cərrahiyyə Konqresində iştirak edib. Beynəlxalq konqresdə dünyanın
30-a yaxın ölkəsindən 2 500-dən çox cərrah iştirak edib.
Mötəbər elmi tədbirdə Mərkəzi Gömrük Hospitalının Ümumi
Cərrahiyyə şöbəsinin rəisi, t.f.d., ümumi cərrah Namiq Novruzov
“Qaraciyər transplantasiyasından sonra erkən greft disfunksiyası
proqnozlaşdırılmasında Histonların rolü” mövzusunda çıxış edib. Dr.
Namiq Novruzovun təqdimatı böyük maraqla qarşılanmış, məruzəçi
maraq doğuran bir çox sualları cavablandırıb.
Həmçinin, Beynəlxalq konqresdə cərrahiyyədə yeniliklər,
qaraciyər və öd yollarının cərrahiyyəsi sahəsində əldə edilən
uğurlar barədə danışılıb, cərrahiyyəyə dair videolar nümayiş
etdirilib, müalicə prinsipləri və cərrahiyyə sahəsində aparılan
işlər ətrafında geniş müzakirələr yer alıb. Tədbirin sonunda
iştirakçılara sertifikatlar təqdim edilib.