Xəbər - Fərid Zöhrabov – Trend:
Çernobıl Atom Elektrik Stansiyasında (AES) partlayış olarsa,
Azərbaycan üçün təhlükə yarana bilər.
AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam
Mustafayev Trend-ə açıqlamasında bildirib:
“Partlayışlar tək reaktorlarla bağlı olmur. AES-də enerji
təminatı kəsilərsə, bu çox təhlükəli ola bilər. Görünür Çernobıl
AES-in müəyyən yerlərində daxili generatorla işlər görülür.
Ümuilikdə elektrik verilməzsə, reaktorlar söndürülməlidir. Çernobıl
AES-də hər hansı bir partlayış baş verərsə, dünyanın bir çox
yerlərində bunun mənfi təsiri özünü göstərəcək. Radiasiyanın
ölkəmizə birbaşa təsiri olmasa da dolayı yolla ziyan vura bilər.
Belə ki, müəyyən qida bitkiləri var ki, radiasiya şüalarına görə
məhsul yetişməyəcək. Yetişərsə belə həmin məhsulları yetişdirən,
satan və qidalanan ziyan çəkə bilər”, – deyə İ.Mustafayev
bildirib.
Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail
Podolyak bildirib ki, Çernobıl AES-dəki vəziyyət təhlükəlidir,
çünki stansiya Rusiya ordusunun fəaliyyətlərinə görə enerjisiz
qalıb:
“İndi heç kim anlamır ki, orada nə baş verir. Çernobıldakı
vəziyyət ümumilikdə çox təhlükəlidir. Ümumiyyətlə enerjisiz
qalmamalı olan obyektlər problemlə üz-üzə qalıblar. Bu, bütün
Avropa və əlbəttə ki, Rusiyanın özü üçün də təhlükədir”, –
M.Podolyak deyib.
Twitter:@FaridZohrabov