Cənubu azad etməyin yolunu tapacağıq – Polkovnik

Cənubu azad etməyin yolunu tapacağıq – Polkovnik

Ukrayna hərbçiləri ölkənin cənubunun işğal olunmuş hissəsini azad etməyə hazırdır, lakin bu proses ordunun atəşə tutmaq istəmədiyi iri şəhərlərin olması ilə çətinləşir.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin 63-cü mexanikləşdirilmiş briqadasının komandirinin müavini, polkovnik Vadim Çerni deyib.

“Əlbəttə, burada çox çətin olacaq. Birincisi, şəhərlərimiz qabaqdadır, biz rus deyilik, işğalçı deyilik, xüsusilə də şəhərlərimizi dağıtmaq istəmirik. Bu məsələ işimizi bir az da çətinləşdirir. Lakin Ukrayna Silahlı Qüvvələri cənubu azad etməyin yolunu tapacaq”, – polkovnik açıqlayıb.

Teqlər: