Cənubi Sandviç adaları sahillərində 6,5 bal gücündə zəlzələ baş verib

Atlantik okeanında yerləşən Cənubi Sandviç adalarının sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Keyptaun şəhərindən 3 321 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Teqlər: