Xəbər - Sədrəddin Ağcayev – Trend:
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış yeni imkanlar çox vacib nəqliyyat layihələrinin reallaşdırılmasına, eləcə də “Şimal-Cənub” layihəsinin icrasının sürətləndirilməsinə yol açır.
Bunu Trend-ə “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, son illər ərzində bu layihə istiqamətində böyük işlər görülüb: “”Şimal-Cənub” layihəsi çərçivəsində iqtisadiyyat, nəqliyyat, investisiya əməkdaşlığı sahərlərində, həmçinin humanitar və mədəni istiqamətdə onlarla kiçik layihə həyata keçirilir. Ümumilikdə, söhbət “Şimal-Cənub” layihəsini özündə birləşdirən yüzlərlə layihədən gedir”.
Layhənin reallaşdırılması ilə bağlı problemlərdən danışan ekspert bildirib ki, marşrutun İran tərəfindən Rəşt-Astara hissəsinin tam tikilməməsi müəyyən mənada birgə dəmiryol şəbəkəsinin yaradılmasını ləngidir.
Xatırladaq ki, ötən gün Moskvada “Xəzərdə Rusiya, Azərbaycan və İranın əməkdaşlığı. Sənaye əməkdaşlığı və tranzit potensialı” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib. Tədbir “Şimal-Cənub” politologiya mərkəzi tərəfindən “Baku Network” Beynəlxalq siyasət və təhlükəsizlik mərkəzi ilə birgə təşkil edilib. Dəyirmi masanın moderatorları “Baku Network” Beynəlxalq siyasət və təhlükəsizlik mərkəzinin direktoru Gülnarə Məmmədzadə və “Şimal-Cənub” politologiya mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova olub.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)