Bu gün 27 sentyabr – Vətən müharibəsinin Anım Günündə biz Azərbaycandakı və regiondakı dostlarımızla birlikdə münaqişə qurbanlarını yad edirik.
AzerTimes xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Tvitterdə yazıb.
O, şəhid ailələrinə dərin hüznlə başsağlığı verib:
“Biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün dua edirik ki, bu da hər kəsin şərəfli gələcəyini təmin edəcək”.