Biz Cənubi Qafqazda normal münasibətlərin bərpa olunması üçün əlimizdən gələni edirik.
AzerTimes-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimi Putin onlayn formatda keçirilən canlı bağlantı zamanı deyib.
O bildirib ki, Rusiya bu ciddi böhranın tənzimlənməsində müəyyən rol oynayıb:
“Bu münaqişənin inkişafında heç kim, nə Ermənistan, nə də Azərbaycan maraqlı deyil. Əgər biz hamımız sülh və dostluq şəraitində yaşasaq, insanlar üçün ən yaxı həyat şəraitini yarada biləcəyik. Həqiqətən də, çoxlu problemlər yığılıb. Normal infrastrukturun bərpası, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsi ilə bağlı məsələlər mövcuddur. Bununla bağlı dövlət sərhədində müvafiq işlər görmək lazımdır. Xüsusilə də, əvvəllər dövlət sərhədinin olmadığı sahələrdə. Əvvəllər bu, iki ittifaq respublikası arasında inzaibati sərhəd idi. İndi biz bu prosesi yerinə yetiririk. Biz xüsusi üçtərəfli qrup yaratmışıq və normal münasibətlərin bərpa olunması üçün əlimizdən gələni edirik”.
(Tərcümə: Orxan Nəbiyev)