Cənubi Qafqazda diplomatik həll yoluna razı olmayanlar indi siyasi həll yolu istəyirlər – Çavuşoğlu

Xəbər - Orxan Nəbiyev – Trend:

Biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün diplomatik həll yoluna çalışanda, buna razı olmayanlar indi siyasi həll yolu istəyirlər.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) Antalyada keçirilən konqresində deyib.

O bildirib ki, Türkiyə lazım olanda yumşaq gücünü, lazım olanda isə sərt gücünü istifadə edə bilib və Türkiyənin əleyhinə olan oyunları pozmağı bacarıb:

“Suriyada, Liviyada, Şərqi Aralıq dənizində, Qarabağda olanlar göz önündədir. Dağlıq Qarabağda 30 ildir işğal var idi. Dəfələrlə diplomatik həll yolu irəli sürdük, razı olmadılar. Nə oldu? Can qardaşımız Azərbaycan meydana daxil oldu, öz haqqını, işğalda olan torpaqlarını geri aldı. Amma indi diplomatiya, siyasi həll yolu istəyirlər, bəli, biz buna da razıyıq. Cənubi Qafqazın rifahı üçün 3+3 formatında, ikitərəfli və üçtərəfli görüşlər davam edir, bölgədə atəşkəsə nəzarət edirik, Ermənistan bütün bunlardan dərs alıb, düzgün davranarsa, ən çox faydalanan ölkə olacaq”.

Teqlər: