Avropa Birliyi (AB) Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istiqamətində fəaliyyətini davam etdirir.
AzerTimes xəbər verir ki, bunu AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünə dair Tvitterdə yazıb.
O xatırladıb ki, görüş zamanı AB Şurasının Prezidentinin vasitəçiliyi ilə üçtərəfli müzakirələrin yenidən başlanması müsbət qarşılanıb:
“Biz həmçinin AB-Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi apardıq”.