Cənubi Qafqazda bizə qarşı… – Lavrov açıqladı

Cənubi Qafqazda bizə qarşı… – Lavrov açıqladı

Qərb Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Qərb ölkələri Rusiyaya qarşı ikinci cəbhə açmaq və Abxaziya və Cənubi Osetiyada vəziyyəti gərginləşdirmək cəhdlərini dayandırmır. Onlar yenidən münaqişəni alovlandırmaq, Gürcüstanla bu iki respublikanı qarşı-qarşıya qoymaq və münasibətləri qızışdırmaq niyyətindədirlər. Burada müşahidə olunan risklərin əksəriyyəti Qərbin öz təsirini maksimuma çatdırmaq və Rusiyanın Cənubi Qafqaz ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını sarsıtmaqla bağlıdır”, – deyə Lavrov vurğulayıb.

Teqlər: