Putinin postsovet məkanında gücləndiyi və mövqelərini möhkəmləndirdiyi, Ukraynadakı hadisələrin Qərbin xeyrinə çevrilmədiyi bir vaxtda açıq-aşkar fürsətçilik nümayiş etdirən NATO ilə ənənəvi əməkdaşlıq edən Gürcüstan deyil, Ermənistan oldu.
AzerTimes xəbər verir ki, bu sözləri erməni mediasına müsahibəsində rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov deyib.
Onun fikrincə, məhz Rusiyada keçirilən seçki kampaniyası zamanı İrəvan Rusiyada təxribat kimi qiymətləndirilən bəyanatlar verdi:
“Bu, vəziyyəti yaxşılaşdırmır. Ermənistan regional təhlükəsizlik sistemində çox zəif halqaya çevrildi. Ermənistanın analitik ictimaiyyətində, xüsusən də hakim partiyada hadisələrə adekvat qiymət verəcək müvafiq mütəxəssislər yoxdur”.
O qeyd edib ki, Qafqaz istiqamətində qarşıdurma vektorunu Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına deyil, Şərq-Qərb qarşıdurmasına yönəltmək cəhdi çox ciddi geosiyasi risklərlə doludur, miqyasını İrəvanda təsəvvür etmirlər:
“Bu, region dövlətlərindən birinin dövlətçiliyini itirə bilməsi riskini yaradır. Ermənistan uçurumun astanasındadır. Bu halda söhbət Rusiyanın siyasətini necə dəyişəcəyindən yox, İranın bu vəziyyətdə özünü necə aparacağından gedir. Bunun əsasında regionda yeni qüvvələr balansı yaranacaq”.
Onun fikrincə, Azərbaycanın NATO üzvü Türkiyə ilə müttəfiqliyi, Ermənistanın Fransa və Yunanıstanla yaxınlaşması Ermənistan-Azərbaycan məsələlərinin NATO formatında həll oluna biləcəyi konfiqurasiya yarada bilər:
“Eyni zamanda, “Rusiya danışıqları prosesi”nin (! – red.) Qərb platformalarına ötürülməsi ona gətirib çıxarıb ki, regionda vəziyyət getdikcə daha az stabilləşir və İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması perspektivi qeyri-müəyyən olaraq qalır”.