Cənubi Qafqaz ölkələri kommunikasiyaları bərpa etmək üçün əməkdaşlıq etməlidir – Pakistanlı diplomat

Tərtər. Sədrəddin Ağcayev – Trend:

Cənubi Qafqazın bütün ölkələri dəhlizləri və kommunikasiyaları bərpa etmək üçün əməkdaşlıq etməlidir, bu, regionun bütün xalqlarına fayda verəcək.

Bunu Trend-ə Pakistanın Azərbaycandakı səfirinin müavini Müəzzəm Əli Sahito diplomatik korpusun nümayəndələri ilə birgə bu gün Suqovuşan və Talış kəndlərinə səfəri zamanı deyib.

O ümidvar olduğunu bildirib ki, Cənubi Qafqazda vəziyyət yaxşılaşacaq: “Cənubi Qafqazda əlaqə çox vacibdir. Azərbaycan iqtisadi dəhlizlərin açılması üzərində fəal işləyir və biz bu təşəbbüsü dəstəkləyirik”.

Xatırladaq ki, oktyabrın 16-da diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri təşkil olunub. Səfərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

Bu, diplomatik korpus nümayəndələrinin azad olunmuş ərazilərə sayca 7-ci səfəridir. Budəfəki səfərdə məqsəd azad olunmuş ərazilərdə Ermənistanın törətdiyi dağıntılarla yanaşı, aparılan quruculuq işləri ilə tanışlıqdır.

(Tərcümə: Orxan Nəbiyev)

(Автор: Садраддин Агджаев. Редактор: Эльдар Пашаев)

Teqlər: