Cənubi Qafqaz boru kəmərinin gündəlik orta ötürücülük gücü artıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin birinci rübündə Cənubi Qafqaz boru kəmərinin gündəlik orta ötürücülük gücü 50,74 milyon kubmetr olub.

AzerTimes bu barədə “BP Azerbaijan” şirkətinin hesabatına istinadən məlumat verir.

2020-ci ilin birinci rübündə bu göstərici 33,6 milyon kubmetrə bərabər idi.

İlin birinci rübündə Cənubi Qafqaz boru kəmərinin əməliyyat xərcləri 13 milyon dollardan artıq, əsaslı xərclər isə 2 milyon dollardan artıq olub.


Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: