Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:
2020-ci il ərzində Cənubi Qafqaz boru kəmərinin əməliyyat xərcləri 47 milyon dollar, əsaslı xərclər isə 13 milyon dollar təşkil edib.
Trend bu barədə “BP Azerbaijan” şirkətinin hesabatına istinadən məlumat verir.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu göstəricilər 48 milyon dollar və 34 milyon dollara bərabər olub.
2020-ci il ərzində Cənubi Qafqaz boru kəmərinin gündəlik orta ötürücülük gücü 33,8 milyon kubmetr olub. 2019-cu ildə bu rəqəm 29 milyon kubmetrə bərabər olub
Cənubi Qafqaz boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır,
“Cənubi Qafqaz boru kəməri” şirkətinin səhmdarları: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).