Cənubi Osetiya işıqsız qaldı

Cənubi Osetiya işıqsız qaldı

Dzau elektrik ötürücüsündə baş verən qəza səbəbindən Cənubi Osetiya tamamən işıqsız qalıb.

AzerTimes xəbər verir ki, bu barədə C.Osetiyanın “fhn”i məlumat yayıb.

Bildirilib ki, “Enerqoresurs” mütəxəssisləri qəzanın baş verdiyi ehtimal edilən əraziyə gediblər.

Qeyd edilir ki, təxminən 50 minlik əhalisi olan regiona elektrik enerjisi Rusiyada Şimali Osetiya vasitəsilə çatdırılır.

Teqlər: