Cənubi Koreyanın yeni baş naziri təyin olunub

Koreya Respublikasının Milli Assambleyası Han Dok Sunu ölkənin
baş naziri vəzifəsinə namizədliyini təsdiq edib.

AzerTimes-ın
məlumatlna görə, bu barədə “Yonhap” agentliyi xəbər verib.

“Han Dok Sunun namizədliyi prezident Yun Suk Yol tərəfindən
irəli sürüldükdən 47 gün sonra 36 əleyhinə 208 səslə təsdiq
edilib”, – deyə bildirilib.

Qeyd edək ki, Han Dok Su bundan əvvəl 2007-2008-ci illərdə
Cənubi Koreyanın baş naziri olub.