Cənubi Koreyanın keçmiş prezidenti Çon Dun Hvan bu gün dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi onun köməkçilərinə istinadən xəbər verib.
Məlumata əsasən, Çon Dun Hvan xroniki xəstəliklərlə mübarizə apardıqdan sonra bu gün səhər öz evində vəfat edib.
Keçmiş ordu generalı Çon Dun Hvan 1979-cu ildə o zamankı prezident Pak Çon Hinin öldürülməsindən sonra dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib. Çon Dun Hvan 1988-ci ilə qədər ölkəyə rəhbərlik edib.