Cənubi Koreyada güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37-yə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Çunçon-Pukto əyalətində su basmış yeraltı avtomobil tunelində daha iki nəfərin meyiti tapılıb.
Güclü yağışlar nəticəsində yerli çay məcrasından çıxıb. 685 m uzunluğunda tuneldə avtobus da daxil olmaqla 15 avtomobil bloklanıb.
Qeyd edilir ki, ölənlərin sayı arta bilər, axtarış əməliyyatları davam edir.