Cənubi Koreyada son 10 ildə ilk dəfə inflyasiya 4%-i keçib

Koreya Respublikasında mart ayında illik inflyasiya 4,1% təşkil
edərək, son 10 ildə ən yüksək göstəriciyə çatıb.

Trend xəbər
verir ki, bu barədə Koreya Milli Statistika İdarəsindən
bildirilib.

Vurğulanır ki, göstəricinin artımını enerji qiymətlərinin
yüksəlməsi şərtləndirib.

“İnflyasiyanın artmasını neft qiymətlərinin artması ilə
əlaqələndirmək olar. Ukrayna böhranı səbəbindən qiymətlərin artmağa
davam edəcəyi ilə bağlı ehtimallar var. Hazırda inflyasiyanın
kəskin azalması ehtimalı azdır”, – İdarədən bildirilib.

Cənubi Koreyada neft məhsullarının qiymətləri mart ayında ötən
ilin eyni dövrü ilə müqayisədə 31,2%, fevralda isə 19,4% artıb.

Sonuncu dəfə analoji göstərici Koreyada 2011-ci ildə qeydə
alınmışdır.