Xəbər - Orxan Nəbiyev – Trend:
Cənubi Koreyanın Pusan şəhərinin limanında Rusiyaya məxsus balıqçı gəmisində yanğın baş verib.
AzerTimes-ın məlumatına görə, yanğın zamanı gəmidə 38 nəfər olub. Xilasedicilər gəmiçiləri təxliyə edə bilib.
Hadisə nəticəsində xəsarət alan olımayıb. Yanğının qarşısı 2 saatdan çox müddət ərzində alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.